Overview
Quality Assurance Engineer Jobs in Baku, Baku, Azerbaijan at Bank of Baku OJSC
Title: Quality Assurance Engineer
Company: Bank of Baku OJSC
Location: Baku, Baku, Azerbaijan
Keyfiyyətin təminatı bölməsinin aparıcı eksperti ( QA Engineer)
Vəzifə funksiyaları
– Test planlarını nəzərdən keçirmək və onlara töhfə vermək;
– Tələbləri, istifadəçi hekayələrini və qəbul meyarlarını, spesifikasiyaları və test əsaslarını təhlil etmək, nəzərdən keçirmək və qiymətləndirmək;
– Test ssenariləri və test prosedurlarını dizayn etmək və həyata keçirmək;
– Təfərrüatlı test icrası cədvəlini yaratmaq;
– Testləri yerinə yetirmək, nəticələri qiymətləndirmək və gözlənilən nəticələrdən kənarlaşmaları sənədləşdirmək;
– Testin gedişatı hesabatlarının və test xülasə hesabatlarının hazırlanmasında iştirak etmək;
– Test prosesini asanlaşdırmaq üçün müvafiq alətlərdən istifadə etmək;
– Lazım olduqda testləri avtomatlaşdırmaq (Avtomatlaşdırma mütəxəssisləri tərəfindən dəstək görsədilə bilər).
Texniki səriştəliklər
-Test Metodologiyaları və Növləri
-Test Planlaşdırma və Dizayn
-Bug Tracking və Test İdarəetmə Alətləri
-API Testləri (Basic)
-Verilənlər Bazası Testləri (Basic)
-Proqramlaşdırma Bacarıqları (Basic)
-Test Avtomatlaşdırma (Basic)
Digər şərtlər
– Ali təhsil (informasiya texnologiyaları, iqtisadiyyat sahələri üzrə olmaqla);
-Sahə üzrə minimum 1il iş təcrübəsi
– Proqram təminatı testi üzrə biliklər;
– Proqram və sistemlərin memari cəhətləri haqqında biliklərə sahib olmaq, onların iş prinsiplərini anlamaq, müxtəlif alət və texnologiyaların təyinatlarını başa düşmək və onlardan istifadə etmək;
– Texniki sənədlərlə işləmə bacarığı;
– Məlumatların toplanması, təhlili və sistemləşdirilməsi bacarıqları;
– Effektiv ünsiyyət və əməkdaşlıq bacarıqları;
– Problem həll etmə və tənqidi düşünmə bacarıqları;
– Komanda şəklində işləmə bacarığı.
– Daimi olaraq yeni IT biliklərinin mənimsənilməsi və yeniliyə həvəsli olmaq, müvafiq sahə üzrə standartları
mənimsəmək;
Dil biliyi
-Azərbaycan – Mükəmməl
-İngilis – Orta
Kompüter biliyi
-Əməliyyat Sistemləri – Orta
-Ofis Proqramları – Orta
-Verilənlər Bazası (Basic SQL Bilikləri) – Orta
-Postman, Swagger – Orta
-Jira və ya bənzəri sistemlər – Orta