Overview

Quality Control Specialist Jobs in Biləsuvar, Shirvan – Salyan, Azerbaijan at Turan Volts Energy

Title: Quality Control Specialist

Company: Turan Volts Energy

Location: Biləsuvar, Shirvan – Salyan, Azerbaijan

Vakansiya: Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis (QC) – Günəş Panellərinin Quraşdırılması Layihəsi

📍 İş yeri: Biləsuvar rayonu

İş öhdəlikləri

• Günəş trekerlərinin quraşdırılması işlərinin təsdiqlənmiş layihə sənədlərinə, texniki spesifikasiyalara və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək;

• Sahədə aparılan quraşdırma işlərinin müntəzəm inspeksiyalarını həyata keçirmək;

• Aşkarlanmış uyğunsuzluqları qeydiyyata almaq və onların aradan qaldırılmasına nəzarət etmək;

• Keyfiyyətə nəzarət üzrə yoxlama siyahıları (checklist), inspeksiya hesabatları və digər müvafiq sənədləri hazırlamaq və idarə etmək;

• EPC podratçı, sifarişçi və digər tərəflərlə keyfiyyət məsələləri üzrə koordinasiyanı təmin etmək;

• Material və avadanlıqların qəbul yoxlamalarında iştirak etmək;

• Keyfiyyət göstəricilərini izləmək və layihə rəhbərliyinə müvafiq hesabatlar təqdim etmək;

• Sahə komandalarına keyfiyyət tələbləri ilə bağlı dəstək və tövsiyələr vermək;

• Layihənin yekun keyfiyyət sənədlərinin hazırlanmasında iştirak etmək.

Namizədə tələblər

• Mühəndislik, tikinti, elektroenergetika və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili;

• Tikinti, sənaye və ya enerji layihələrində minimum 1–3 il iş təcrübəsi;

• Günəş enerjisi layihələri və ya metal konstruksiyaların quraşdırılması sahəsində təcrübə üstünlükdür;

• Texniki çertyoj, sxem və spesifikasiyaları oxuma bacarığı;

• Microsoft Office proqramlarında (Word, Excel, Outlook) işləmə bacarığı;

• Keyfiyyətə nəzarət sənədlərinin hazırlanması və idarə olunması üzrə baza bilikləri;

• Azərbaycan dilini sərbəst, ingilis dilini isə texniki sənədləri başa düşəcək səviyyədə bilmək;

• Diqqətlilik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;

• Ezamiyyətə və sahə şəraitində işləməyə hazır olmaq.

Üstünlük verilən sertifikatlar

• ISO 9001 üzrə əsas bilik və ya təlim sertifikatı;

• NDT, QC və ya tikinti keyfiyyətinə nəzarət üzrə sertifikat və ya təlimlər.

📩 Müraciət üçün CV-nizi aşağıdakı e-poçt ünvanlarına göndərin:

[email protected]

[email protected]

📌 Mövzu hissəsində: "Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis (QC)" qeyd etməyiniz xahiş olunur

Upload your CV/resume or any other relevant file. Max. file size: 800 MB.