Overview

Tədarükçülərin Dəyərləndirməsi və AR-GE üzrə Aparıcı Mütəxəssis Jobs in Nizami Raion, Baku Ekonomic Zone, Azerbaijan at Veyseloglu LLC

Title: Tədarükçülərin Dəyərləndirməsi və AR-GE üzrə Aparıcı Mütəxəssis

Company: Veyseloglu LLC

Location: Nizami Raion, Baku Ekonomic Zone, Azerbaijan

Ümumi məlumat

Öhdəliklər

Vəzifə Öhdəlikləri

  • Şəxsi marka tədarükçülərinə məxsus istehsal müəssisələrində təsdiq edilmiş illik audit planına uyğun olaraq planlı auditlərin təşkili və icrası;
  • Audit nəticələrinin sistemli şəkildə təhlil edilməsi, hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Şikayətlər, aşkar edilmiş uyğunsuzluqlar və digər əsaslar üzrə plandankənar auditlərin həyata keçirilməsi;
  • Yerli istehsal və idxal olunan qida və qeyri-qida məhsulları üzrə anbar və satış nöqtələrində rəf uyğunluğunun və keyfiyyət göstəricilərinin təhlili;
  • Məhsullar üzrə laborator analizlərin planlaşdırılması və icrasına nəzarət;
  • Məhsul spesifikasiyalarının hazırlanması, yenilənməsi və tətbiqinə nəzarət;
  • Mövcud/potensial tədarükçülər üzrə bazar və keyfiyyət araşdırmalarının aparılması.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Tədarükçülərin Dəyərləndirməsi və AR-GE üzrə Aparıcı Mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

#Veysəloğlu #VeysəloğluDistribusiya #Veyseloglu #Vakansiya #İşvar

Tələblər

Vəzifə Tələbləri

  • Qida mühəndisliyi, biologiya, kimya mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinq və ya digər uyğun ixtisas üzrə ali təhsil;
  • İngilis dili – orta, rus dili – yaxşı səviyyədə bilik;
  • Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi;
  • ISO 22000:2018, ISO 9001:2015, HACCP və digər beynəlxalq standartlar üzrə bilik və sertifikatların olması üstünlükdür;
  • MS Office proqramlarında (Excel, Word, PowerPoint) yüksək səviyyədə işləmə bacarığı;
  • Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyət hissi.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Təminatlar

  • Servis xidməti
  • Nahar təminatı
Upload your CV/resume or any other relevant file. Max. file size: 800 MB.